Gəlin maşını qəzaya düşdü- ÖLƏNLƏR VAR
18 Sentyabr 2021 12:40 HadisəTürkiyənin İstanbul şəhərində nikah bağladıqdan sonra Adanadakı toylarına gedən cütlük qəzaya düşüb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün də içində olduğu maşın arxadan TIR-a çırpılıb.
Nəticədə, iki nəfər ölüb, dördü isə yaralanıb.
Hadisə yerinə çox sayda polis və tibbi yardım cəlb edilib.
Qəzada ölənlər bəyin ata və anasıdır.
Yaralılar Aksaray Tədris və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31