Bakıda yük maşını dəhşətli qəzaya düşdü - FHN xilas etdi
18 Sentyabr 2021 11:25 HadisəBakıda yol qəzasl olub.
Olaylar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində "Shacman" markalı yük avtomobilinin yol kənarındakı dirəyə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31