Şərafəddin Şərifov vəfat etdi - FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) "Ümumi fənlər" kafedrasının müəllimi Şərafəddin Fərman oğlu Şərifov dünyasını dəyişib.

Olaylar.az  xəbər verir ki, Ş.F.Şərifov 1955-ci il fevralın 20-də Quba rayonunun 2-ci Nügədi kəndində anadan olmuş, 1978-ci ildə Saratov Hüquq institutunda "Hüquq" fakültəsinə daxil olmuş və 1980-ci ildə təhsilini başa vurmuşdur.

2010-ci ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Daha sonra təlimatçı və müəllim vəzifələrində çalışmışdır.

Allah rəhmət eləsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31