Bakıda ağaclıq ərazidə yanğın başlayıb
17 Sentyabr 2021 16:07 HadisəOlaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. (milli)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31