“Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar, amma...” – Ailələrindən açıqlama
15 Sentyabr 2021 16:29 HadisəXəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?
Y.Zurufçunun xanımı Aynur Zurufçu "Sherg.az"a mərhumun peyvənd olunduğunu söyləyib.
S.Əlizadənin kürəkəni Razim Qarayev sənətçinin peyvəndin birinci dozasını vurdurduğunu deyib.
O, həmçinin müğənninin durumunda bir dəyişiklik olmadığını bildirib. (şərq)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31