"Bəlkə onda bu fəlakət də baş verməzdi..." Sabiq səfir vəfat edən qızı haqqında
14 Sentyabr 2021 11:04 HadisəHumayı itirməyimizdən 6 ay keçdi. 6 uzun və dərdli ay... Hər günü beyində və ürəkdə qurulan məhkəmələr, özünə yönəlik ittihamlarla dolu 6 ay. "Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi..." - düşüncəsinin verdiyi çəkilməz əzab...
Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev sosial şəbəkədə yazıb və qızının fotosunu paylaşıb.
O bildirib ki, qızının gördüyü işlərlə fəxr edir: "Amma hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31