Suriyada 2 türk hərbçisi ŞƏHİD OLUB
11 Sentyabr 2021 13:50 HadisəSuriyanın şimalındakı İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirən hərbçiləri hücuma məruz qalıb.
Olaylar.az məlumatına görə, hücum nəticəsində 2 hərbçi həlak olub. Daha 3 nəfərin yaralandığı bildirilib.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriyanın Əl-Bab şəhərində daha bir türk hərbçisi həlak olmuşdu. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31