Sumqayıtda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - VİDEO - FOTO
11 Sentyabr 2021 11:00 HadisəSumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Olaylar.az milli.az-a istinadən bildirir ki, qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb.
50-DR-023 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilin qadın sürücüsü yol hərəkəti qaydalarını pozaraq avtomobili əks istiqamətdən gələn 50-DT-338 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpıb. Zərbənin gücündən nəqliyyat vasitəsi yoldan çıxaraq daş plitəyə dəyib. Nəticədə "Kia"nın sürücüsü və "Opel" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31