Dərman preparatları və tibbi ləvazimatlar aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Volvo" və "DAF" markalı avtomobillər saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87900 həb dərman preparatlar və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31