Mingəçevirdə şəhid övladı intihara cəhd etdi - VİDEO
8 Sentyabr 2021 11:14 HadisəOlaylar.az unikal.org-a istinadən xəbər verir ki, sentyabrın 1-də Birinci Vətən Müharibəsi şəhidi Pənah Quliyevin 46 yaşlı oğlu Səyyaf Quliyev Mingəçevir şəhər Tibb Kollecinin damından özünü ataraq öldürməyə cəhd edib. Onun intihar etmək istəyinin qarşısı ictimaiyyətin və polis əməkdaşlarının səyləri nəticəsində alınıb. S. Quliyev işsizlik və maddi sıxıntılar səbəbindən özünün və ailəsinin əziyyət çəkdiyini bildirib. İntihara cəhdinin qarşısı alındıqdan sonra şəhər rəsmilərindən onun və beş nəfərlik ailəsinin taleyi ilə kimsənin maraqlanmadığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31