Alim Qasımovun kürəkəninə HÖKM VERİLDİ
7 Sentyabr 2021 13:16 HadisəXalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayətin işi üzrə məhkəmə prosesi başa çatıb
Olaylar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51 620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.
Xatırladaq ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31