Heyrətamiz hadisə: Qurd sürüsü hamilə qadına doğuşda yardım etdi - FOTO

 

Hamilə qadın yolda qar çovğununa düşdü, qurd sürüsü arasında uşaq dünyaya gətirdi. Qurd sürüsü onu və uşağını dövrəyə alıb, soyuqdan qorudu, ona hami çıxdı.

Qar çovğununa düşən amerikalı Meri Kranik  3,4 kq çəkidə sağlam uşaq dünyaya gətirdi və bunda ona qurd sürüsü yardımçı oldu. 

"Ölkə.Az" ru.newsds.site-a istinadən xəbər verir ki, Meri 8 aylıq hamiləlik dövründə evə dönərkən yolda qar çovğununa düşür. Maşın yoldan çıxıb qar təpəcəyinin içərisinə girir. Kömək gözləmək ümidini itirən Meri çətin də olsa, şəhərə piyada getmək barədə qərar verir. Çovğunda 800 metr məsafə yol qət edir. Bu zaman onun doğuş ağrıları başlayır. O, ağrı və sancılardan huşunu itirir. Huşu özünə gələndə isə dəhşətli bir mənzərə ilə qarşılaşır. Özünə gələndə qorxudan az qala yenidən huşunu itirmək təhlükəsi ilə qarşılaşır. Belə ki, Meri başının böyük bir qurdun beli üzərində olduğunu görür. Yanında olan digər qurdlar isə onu sıx formada əhatəyə alaraq qardan qoruyurlar. Haradasa yarım saatdan sonra doğuş başa çatıb. Dişi qurd göbək bağını dişləri ilə qopardaraq və yeni doğulan uşağı qandan təmizləməyə kömək etdi, qalanları ilə birlikdə yalayıb. 

Merinin xatirələrinə görə, qurdlar sanki onu sürüsünə götürüb qorudular, üzündən qar və göz yaşlarını yaladılar.

Meri Kranikin yaxınları onun atılmış maşınını görüb onun barəsində axtarış elan ediblər. 
Qurd sürüsünü görərək, ən pis qərar verərək qurd sürüsünə atəş açırlar. Ancaq qurd sürüsü onlara hücum etmədi. Sadəcə diqqətlə Meri və oğlunu maşına necə mindirdiklərinə tamaşa edirdilər. Merini qurdların əhatəsinda tapan şahidlər olmasaydı, heç kim bu hekayəyə inanmazdı. Xilas olan qadın isə bir dəfə meşəyə gedib "öz sürüsünü" tapmaq istəyir. O hesab edir ki, qurdlar yenidən onu əvvəlki kimi özlərinki kimi qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31