Türkiyədə 2450 illik mətbəx AŞKAR OLUNUB

Türkiyənin Amasya vilayətində assuriyalılara aid edilən sarayın mətbəx bölümünün qalıqları aşkar olunub.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 2450 il öncə inşa edilən sarayın giriş hissəsinin hələ 2012-ci ildə üzə çıxarıldığı qeyd edilib. Yeni tapılan mətbəxdə isə qoyun, keçi və müxtəlif quş növlərinə aid heyvanların sümüklərinə rast gəlinib. Arxeoloji qazıntıların ilin sonunadək davam etdiriləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31