DİN və DSX ƏMƏLİYYAT KEÇİRDİ- SAXLANILANLAR VAR
5 Sentyabr 2021 08:24 HadisəQəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngləri, 7 ədəd patron, 1 ədəd patron darağı, 1 ədəd bıçaq və 2 ədəd fənər götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31