Türkiyədə qatarla mikroavtobus toqquşub.
Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətində yük qatarı işçiləri aparan mikroavtobusla toqquşub.
Olaylar.az-ın məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub. Daha 7 nəfərin xəsarət aldığı bildirilib.
Hadisə Tekirdağın Ergene bölgəsində qeydə alınıb. Qəza ilə bağlı araşdırma aparılır. (Trend)