Tanınmış rəssam VƏFAT ETDİ
Tofiq Fərəcov 69 yaşında dünyasını dəyişib
4 Sentyabr 2021 11:51 HadisəCənub bölgəsində tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki trend-in məlumatına görə, əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.
T.Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib.
Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31