16 yaşlı oğlan özünü kanala ataraq İNTİHAR EDİB-VİDEO
Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
4 Sentyabr 2021 11:10 HadisəÖtən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki,rayonun Aşağı Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Aqşin Əliyev özünü kənd ərazisindən keçən Qarabağ kanalına ataraq intihar edib.
16 yaşlı yeniyetmənin meyiti bu gün sudan çıxarılaraq ailəsinə təhvil verilib və o, kənd qəbiristanlığında dəfn olunub.
Məlumata görə, Aqşinin intiharına səbəb sevdiyi qızın başqasına verilməsi olub. O, canına qəsd etməzdən öncə intihar etdiyi ərazidə video da çəkib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31