Bakıda soyğunçuluq törədən şəxs SAXLANILDI

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Talıbov sentyabrın 1-də Ü.Hacıbəyov küçəsində bir nəfərin ona zor tətbiq edib mobil telefonunu aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini M.Mehdiyev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31