Dini mərasim keçirmək istəyənlər HƏBS EDİLDİ

Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31