Prezident 2 gün sonra jurnalistlərə ziyafət verəcək
Gül ilk ziyafətini avqustun 12-də dövlət rəsmiləri, 15-də müxbirlər, 19-da isə QHT nümayəndələri ilə təşkil edəcək
9 Avqust 2014 06:39 GüneyTürkiyə prezidenti Abdullah Gülün avqustun 28-də vəzifə müddətinin başa çatmasından sonra siyasi həyata davam edib - etməyəcəyi bilinməsə də onun bu istiqamətdə ilk açıqlamanı avqustun 11-də verməsi gözlənilir.ANS PRESS-in xəbərinə görə, Abdullah Gül avqustun 10-da keçiriləcək prezident seçkisindən sonra prezidentin rəsmi iqamətgahı "Çankaya" köşkündə vida ziyafətləri təşkil edəcək.Məlumata görə, Gül ilk vida ziyafətini avqustun 12-də dövlət rəsmiləri, 15-də prezident administrasiyasının müxbirləri, 19-da isə QHT nümayəndələri ilə təşkil edəcək.
Qeyd edək ki, müxbirlər üçün təşkil olunacaq vida ziyafətinin vaxtı dəyişdirilərək avqustun 11-nə keçirilib.
Prezident seçkisinin ertəsi günü jurnalistlər üçün saat 15.00-də keçiriləcək ziyafətdə sadəcə prezident administrasiyasında akreditasiyadan keçmiş mətbu orqanların müxbirləri iştirak edəcək.
Abdullah Gülün məhz bu tədbirdə "köşk" sonrası fəaliyyəti barədə məlumat verməsi gözlənilir.
Xatırladaq ki, avqustun 10-da Türkiyədə ilk dəfə xalq səsverməsi ilə prezident seçkisi keçiriləcək. Seçkidə 3 namizəd - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İKT-nin sabiq sədri Ekmeleddin İhsanoğlu və separatçı kürdlərin siyasi lideri Səlahəddin Demirtaş prezident adı uğrunda mübarizə aparacaq.