Xamnei dünyaya səsləndi
İranın ali dini lideri İsraili soyqırım törətməkdə günahlandırıb
30 İyul 2014 10:19 GüneyBu gün İranda Ramazan bayramı qeyd edilib.ANS TV-nin məlumatına görə, müsəlman ölkəsi olan qonşu İranda da ay bu gün görünüb və xalq bayram namazı qılmaq üçün məscidlərə üz tutb.İranın ali dini lideri, Ayətullah Əli Xamneyi etdiyi bayram çıxışında bütün dünyanı Qəzzaya dəstək olmağa çağırıb. Tehranda minlərlə insanın qatıldığı Ramazan bayramı namazından sonra çıxış edən İranın ali dini rəhbəri Qəzzada fələstinlilərin öldürülməsini İsrail tərəfindən işlənən soyqırım adlandırıb:"Yalnız müsəlmanlar deyil, bütün dünya fələstinliləri silahlandırmalıdır.".Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər. iranda da bu gun dini bayramlar arasinda ən boyuk və ən mohtəşəm bayramlarındandır .ANS TV-nin İran bürosu Nəvid Daneşvər: "Iranda hər yerdə bayram əhval ruhiyyəsi hiss olunur.Tehranda bayram namazı bu şəhərin İmam Xomeyni məscidində İslam İnqilabının ali rəhbərinin başçılığı ilə qılınıb".