İranın dörd əyalətində sel evlərə ziyan vurub

Ötən iki gün ərzində İranın dörd əyalətində - Qərbi Azərbaycan, Kohgiluyə və Boyer-Əhməd, Fars və Zəncan əyalətlərində güclü yağışlar sel və daşqınlara səbəb olub.Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, daşqınlar zamanı həmin əyalətlərin şəhər və kəndlərdə evləri su basıb, təsərrüfata ziyan dəyib.Seldən əziyyət çəkən 300 nəfərə müxtəlif yardımlar göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31