Tehranda qum qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb

 İranın paytaxtı Tehranda qum qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qum qasırğası yerli vaxtla saat 17:30-dan başlayaraq şəhəri bürüyüb, küləyin surəti 120 km/s-yə çatıb.Küçələrdə bir çox ağac aşıb, tikililərə, elektrik və kommumikasiya xəttlərinə ciddi ziyan dəyib.Tehran hava limanında beynəlxalq uçuşlar müvəqqəti olaraq təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31