Azərbaycandakı 35 iranlı məhbus ölkəsinə qaytarılacaq
Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib
25 May 2014 20:20 Güneyİran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq.Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.M.Pakayin deyib ki, ötən aylar ərzində İranda cəza çəkən 4 Azərbaycan vətəndaşı da ölkəsinə qaytarılıb.Qeyd edək ki, mart və aprel ayları ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkələrinə qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31