İran il ərzində üç peykinin kosmosa buraxacaq

İran bu il ərzində öz istehsalı olan üç peykinin kosmosa buraxılmasına hazırdır. Trend İRNA agentliyinə istinadən bu barədə İranın kosmik agentliyinin rəhbəri Həmid Fazeli bazar günü bildirib." "Tadbir", " Sharif Sat" və "Fajr" peykləri cari il ərzində kosmosa buraxılacaq", - Fazeli bildirib.O, əlavə edib ki, "Tadbir" peyki İranın elm və texnologiya universiteti ilə əməkdaşlıq şəraitində hazırlanır, Şərif Texnologiya universitetinin tələbə və alimləri isə "Sharif Sat"ın hazırlığı ilə məşğuldurlar." "Fajr" peyki ölkənin müdafiə nazirliyi tərəfindən yaradılıb ", - Fazeli deyib.İran 2009-ci ildə özü tərəfindən müstəqil şəkildə hazırlanmış Omid (Ümid) ilk kosmik peykini buraxıb.İran 1959-cu ildə yaradılan BMT-nin sülh yolu ilə kosmik fəzanın istifadəsi Komitəsinin əsasını qoyan 24 üzvündən biri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31