Tehranda kran beşmərtəbəli binanın üstünə aşıb, ölənlər var

Bu gün səhər Tehranın Cənubi Dibaci küçəsində kran beşmərtəbəli evin üstünə aşıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.Bu gün səhər yerli vaxtla saat 06:20-də baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Binanın damı və üst mərtəbələrin divarları dağılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31