Tanınmış azərbaycanlı milli fəal ölkəni tərk etdi

 İran hakimiyyətinin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri daha bir milli fəalı ölkəni tərk etməyə məcbur edib. Tanınmış milli-mədəni fəal Xudayar Teymuri aprelin 7-də qardaşı ilə birlikdə Türkiyəyə gediblər. "Olaylar"-ın GAMOH-a istinadən məlumatına görə, ETTELAAT əməkdaşlarının tez-tez milli fəalın evinə gələrək ailəsini narahat etdikləri bildirilir. Teymuri bir neçə dəfə də ETTELAAT-ın təzyiqlərilə üzləşib. Urmiyada keçirilən etiraz aksiyaları zamanı saxlanılan milli fəal şəxsiyyət vəsiqəsi qarşılığında azadlığa çıxa bilib. O, daha sonra Urmiya Texniki Universitetinin inzibati komitəsinin qərarı ilə ali mətktəbdən də uzaqlaşdırılıb. X.Teymuri 2008-ci il dekabrın 11-də də "Əmir Kəbir" ticarət mərkəzindəki mağazasında ETTELAAT məmurları tərəfindən həbs edilib. Milli fəalın ona edilən təzyiqlərlə bağlı məlumat verəcəyi bildirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31