İranda daha 5 azərbaycanlı milli fəala hökm oxunub
9 Aprel 2014 13:31 GüneyHəbib Mənafi Azər, Dəryuş Əndəlibiyan, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtariyə məhkəmənin qərarı ilə 21 ay həbs cəzası verilib. Fəallar keçən il "21 Azər" tədbirləri və Azərbaycan Milli Azadlıq Hərəkatını şəhidlərinin anım mərasimlərində həbs ediliblər. Saxlanıldıqdan sonra şəxsiyyət vəsiqəsi qarşılığında azadlığa buraxılan milli fəallar bu ilin fevralın 23-də Soyuqbulaq inqilab məhkəməsinin 1-ci şöbəsində qapalı şəkildə mühakimə ediliblər. "Olaylar"-ın GAMOH-a istinadən məlumatına görə, barələrində çıxarılan hökm Qoşaçayın ETTELAAT idarəsi tərəfindən onlara elan olunub. Hökmə əsasən Daryuş Əndəlibiyan 9 ay və digər fəallar 3 ay, 1 gün həbs cəzasına məhkum edilib. Həbib Mənafi Azərin saxlanarkən döyüldüyü və işkəncə verildiyi bildirilir. ("OLAYLAR İA")