Güney Azərbaycanın Culfa şəhərində türklərlə ermənilər arasında qarşıdurma olub
Milli Fəallar həbs edilib
7 Aprel 2014 16:17 GüneyAprelin 3-də Güney Azərbaycanın Culfa şəhərində ermənilərlə türklər arasında qarşıdurma baş verib. Kütləvi dava zamanı 4 güneyli fəal həbs edilib. Güney Azərbaycan milli hərəkat fəallarının davam.az saytına verdikləri məlumata görə, Culfanın "Xaraba Dəyirman" kilsəsinə gəzintiyə gələn milli fəallar Mehdi Kuxian, Səid Sultani, Mehdi Rzayi, Babək Kiyumərsi orada ermənilərin təhqirləri ilə üzləşib. Qarşılıqlı təhqirlər sonda əlbəyaxa davaya çevrilib. Ermənilərin əraziyə çağırdığı təhlükəsizlik qüvvələri münaqişə edən tərəfləri ayıraraq, erməniləri sərbəst buraxsa da, türkləri həbs edib. Milli fəalların harada saxlandığı haqqında yaxınlarına heç bir bilgi verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31