Təbrizdə azərbaycanlı fəallar tərəfindən maraqlı etiraz aksiyası
7 Aprel 2014 12:27 GüneyGüney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəallar tərəfindən CD-lər yayılıb. Milli mahnılar qeyd edildiyi CD-lərdə mərhum Milli Mədəni fəallar Çingiz Bəxtavər və Qulamrza Əmaninin tarixi çıxışlarını dinləmək mümkündür. "OLAYLAR"-ın GAMOH-a istinadən məlumatına görə, CD-lərin üzərində İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilmiş azərbaycanlı milli fəallar Lətif Həsəli, Ayət (Yürüş) Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Qulizadənin şəkilləri qeyd edilib. Qeyd edək ki, adı çəkilən şəxslər hal-hazırda Təbriz həbsxanasında saxlanılırlar. Onlar 9 il azadlıqdan məhrum ediliblər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31