Urmiyada mülki dustağa siyasi məhbuslarla əlaqə saxladığı üçün əlavə cəza verildi

Urmiya şəhər mərkəzi həbsxanasında cəza çəkən mülki dustaq Ümid Rəhmani siyasi məhbuslarla əlaqə saxladığı üçün cəza müddəti artırılıb. Məhkəmə Rəhmaniyə 3 ay 1 gün həbs cəzası verib. Pul qaçaqçılığına görə həbs edilən həmin şəxs İran məhkəməsi tərəfindən Urmiya həbxanasında cəza çəkən siyasi məhbuslarla əlaqə saxlamaqda ittiham edilib. "Olaylar"-ın GAMOH-a istinadən məlumatına görə, müttəhimin mühakiməsində də heç bir sübut olmayıb. Qeyd edək ki, Urmiya həbxnasında cəza çəkən siyasi məhbusların tam təcrid vəziyyətində saxlanıldığı bildirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31