İran məhkəməsi azərbaycanlı dustağı tibbi imkanı olmayan klinikaya köçürdü

Təbriz həbsxanasında saxlanılan azərbaycanli milli-mədəni fəal İbrahim Rəşidi klinikaya küçürülüb. Milli fəal böyrəyində kəskin ağrılardan əziyyət çəkir. Həbsxanaya məxsus olan klinikanın tibbi imkanlarının olmadığı bildirilir. Həkimlər klinikada Rəşidiyə yalnız ağrıkəsici iynə və yuxu dərmanları yazmaqla kifayətləniblər. "Olaylar"-ın GAMOH-a istinadən məlumatına görə, milli fəal martın 19-da Təbriz həbxanasının karantin şöbəsinə köçürülüb. 2 həftə sonra isə yaşayış şəraiti ağır olan üçüncü bölməyə aparılıb. Rəşidinin həmin bölməyə köçürülməsi qanunsuz şəkildə həyata keçirilib. Qeyd edək ki, İbrahim Rəşidi mədəni fəaliyyətinə görə, İran məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31