Şərqi Azərbaycanda 4,1 ballıq zəlzələ olub
30 Mart 2014 20:55 Güneyİranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərzəqan şəhərində olub.
Zəlzələ 4.1 bal gücündə, yerin 6 km dərinliyində olub. Təbii fəlakət Vərzəqandan 21 km, Əhərdən 23 km və Herisdən 29 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31