Şok qərar: qızlar 9 yaşında evlənə bilər

Layihəyə əsasən 9 yaş qız uşağının böyümə yaşına çatması kimi qəbul edilir

İraqda qız uşaqlarının doqquz yaşından etibarən evləndirilmələrəini hüquqi şəkildə dəstəkləyən qanun layihəsi müzakirələrə gətirib çıxarıb.ANS PRESS-in xəbərinə görə, qanun qüvvəyə minərsə, İraqda 9 yaşlı şiə qızların evlendirilməsi mümkün olacaq. Qızın kimlə evlənəcəyinə isə atası qərar verəcək.Qanun layihəsi ölkədə dərin müzakirələrə səbəb olub. Şiəliyin altıncı imam olan Cəfər Sadiqin təlimlərini əsas götürən layihə təsdiqlənəcəyi halda, qanun ölkədə çoxluq təşkil edən şiələr üçün etibarlı olacaq.Layihəyə əsasən 9 yaş qız uşağının böyümə yaşına çatması kimi qəbul edilir. Hicri təqvim Milad təqvimindən 10-11 gün qısa olduğu üçün bu vaxt 8 il 8 aya bərabər olur. Qanun layihəsi sadəcə atanın evlilik təklifini qəbul, ya da rədd edə biləcək ixtiyara sahib ola biləcəyini göstərir, anaya isə heç bir hüquq verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31