Məhbus azərbaycanlı fəal yoxa çıxıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Əkbər Azadın taleyi naməlum olaraq qalır. "Media forum" saytının məlumatına görə, azərbaycanlı fəal tutulandan az sonra ailəsinə zəng vurub Tehranın Evin zindanında saxlandığını bildirib, amma həbsxana rəsmiləri bunu inkar edir. Görüş üçün dəfələrlə zindana getmiş ailə üzvlərinə Əkbər Azadın orada saxlanmadığını bildirirlər. Belində və dizindəki ağrılardan əziyyət çəkən azərbaycanlı fəalın taleyinin naməlum olması ailə üzvlərinin ciddi narahatlığına səbəb olub.

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) əməkdaşları və polis qüvvələri fevralın 21-də Tehran yaxınlığındakı Nəsimşəhr şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən dinc toplantıya hücum çəkib. Onlarla şəxs tutularaq bilinməz istiqamətə aparılıb. Tutulanlardan biri də Əkbər Azaddır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31