Milli fəal Səid Hüseyni ağır işkəncə altında saxlanılır

"Beynəlxalq ana dili günü" münasibətilə keçirilən tədbirdə ETTELAAT tərəfindən həbs edilən milli fəal Səid Hüseyni ağır işkəncə altında saxlanılır. "5000000"-nun verdiyi məlumatda bildirilir ki, verilən işkəncələr nəticəsində S.Hüseyninin üz nahiyyəsində zərbə izləri var və göyərmələ müşahidə olunur. Səhhətində yararn problemlərə görə, milli fəala ailəsilə görüşməyə və məhkəmə qarşısında çıxmağa icazə verilməyib. Hüseyni və digər milli fəallar fevralın 17-də Farsabadda ETTELAAT tərəfindən saxlanılıblar. Əvvəlcə polis bölməsinə aparılan azərbaycanlılar sonradan ETTELAAT təcridxanasına köçürülüblər. Məcburi etiraf üçün milli fəallara təcridaxanada ağır işkəncələr verilib. Onlar həmin gün ETTELAAT idarəsindən məhkəməyə sonra isə məcburi etiraf almaq məqsədi ilə yenidən idarəyə qaytarılıblar. Fəalların məhkəmə və idarəyə əl-ayaqları bağlı şəkildə aparıldığı deyilir. Fevralın 26-da naməlum istiqamətdə aparılan milli fəallardan hələ də xəbər yoxdur. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31