GAMOH İran konsulluğu qarşısında etiraz aksiyası keçirib
11 Mart 2014 13:09 GüneyGAMOH-un təşkilatçılığı ilə İranın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Aksiyada İran hakimiyyətinin Güney Azərbaycanda yaşayan türklərə qarşı təzyiq siyasətinə qarşı "Türk dilində təhsil almaq haqqımızdır!", "Ankara, Bakı, Təbriz - birlikdə güclüyük biz!", "Urmiya gölü can verir, İran onun qətlinə fərman verir!", "Azərbaycan var olsun, istəməyən qəhr olsun!", "İran imperializmi rədd olsun!" kimi şüarlar səsləndirilib. GAMOH-dan "Olaylar"-a verilən məlumata görə, nümayişdə həmçinin GAMOH adından etiraz bəyanatı səsləndirilib. Həmçinin İran hakimiyyətindən Güney Azərbaycan türklərinin azadlıqlarının məhdudlaşdırılmaması, türk dilinə fars dili ilə yanaşı rəsmi dil statusunun verilməsi, Urmiya gölünün qurumasına qarşı tədbirlərin görülməsi, şovinizm və iqrçiliq siyasətinə son qoyulması tələb olunub. ("OLAYLAR" İA)