Məşhur azərbaycanlı yazıçı yenidən ETTELAAT-a çağrıldı

Yazıçı, jurnalist, rejissor və tanınmış milli-mədəni fəal Muctaba Musəvi yenidən ETTELAAT-a çağrılıb. M.Muctaba bundan əvvəl də "Beynəlxalq ana dili günü" münasibətilə keçirilən tədbirdə iştirak etdiyi üçün ETTELAAT tərəfindən ifadəsi alınıb. 3 dəfə istintaqa çəkilən milli fəal Qaradağ zəlzələ bölgəsinə yardım etmək, bu istiqamətdə sənədli film çəkmək, mətbuat sahəsində aktiv olmaq və s. kimi məsələlərə görə, pantürkizmə xidmətdə ittiham edilib. Qeyd edək ki, M.Musəvi tədbirdə digər milli fəallarla birlikdə həbs edilərək ETTELAAT-ın Baharıstan təcridxanasına aparılıblar. Təhlükəsizlik orqanının əməkdaşları milli fəalı tutmaq istəyərkən gözyaşardıcı qazdan və küt alətdən istifadə ediblər. "OLAYLAR"-ın GAMOH-a istinadən məlumatına görə, onlar Musəvini ağır şəkildə döyərək, söyüşlərlə təhqir ediblər. Astma xəstəliyindən əziyyət çəkən fəalın gözyaşardıcı qazla tənəffüs vaxtı halı pisləşib. Ağır zərbələrdən onda sidik vasitəsilə qanaxma müşahidə edilib və tənəffüsündə ciddi problemlər olub. Musəvinin həyat yoldaşı isə ürək xəstəliyindən əziyyət çəkir. Aldığı xəbərdən onun da vəziyyəti kəskin şəkildə pisləşib. ("OLAYLAR" İA)


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31