Milli fəallar şəxsiyyət vəsqəsi qarşılığında azadlığa buraxıldılar

"Beynəlxalq ana dili günü" ilə əlaqədar İranın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən Əhərdən olan milli fəalların bir neçəsi şəxsiyyət vəsiqəsi qarşılığında azadlığa buraxılıblar. "OLAYLAR"-ın GAMOH-a istinadən məlumatına görə, sərbəst buraxılanlar Cəfər Rüstəmi, Əsgər Nadiri, Səccad Colani, Meysəm Colani, Beytullah Bərzgər və Behzad Əbdidir. Milli fəalların həbxanada işgəncə və zorakılığa məruz qaldıqları bildirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31