Azərbaycanlı yazar tutulub
26 Fevral 2014 16:21 GüneyGüneyli şair, yazıçı İlqar Müəzzinzadə həbs olunub. "Media forum" saytı "Oyannews.com"un farsdilli versiyasına istinadla xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşginşəhr (Xiyav) şöbəsinin əməkdaşları İlqar Müəzzinzadəni fevralın 23-də tutub bilinməz istiqamətə aparıblar. Azərbaycanlı yazarın niyə tutulduğu haqda rəsmi məlumat olmasa da, yaxınları jurnalistlərə deyiblər ki, İlqar Müəzzinzadə ötən il məhkəmənin ona çıxardığı həbs cəzasını çəkmək üçün zindana salınıb.
2013-cü ilin avqust ayında Təbriz məhkəməsi İlqar Müəzzinzadəni qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda təqsirli bilərək 27 aylıq həbsə məhkum etmişdi. Azərbaycanlı yazar 84 gün Təbrizin mərkəzi zindanında saxlanandan sonra 50 min dollarlıq mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.