“Urmiya gölünün qurudulmasının nüvə proqramı ilə əlaqəsi var” - AÇIQLAMA
Nəsir Ağayev: “Göl dibində müxtəlif təbii və nüvə silahının əldə edilməsi üçün elementlərin olması mümkündür”
26 Fevral 2014 12:22 GüneyBakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev Güney Azərbaycanda baş verən kütləvi həbslərə münasibət bildirib. N.Ağayev qeyd edib ki, Güney Azərbaycanda baş verən həbslərin arxasında İranın beynəlxalq ictimaiyyət arasında özünü rahat aparmasından qaynaqlanır. N.Ağayev hesab edir ki, Cənubi Azərbaycanda molla rejimi tərəfindən aparılan həbs kampaniyasına dünya birliyi tərəfindən cavab verilməməsi də prosesləri sürətləndirir: "Güneylilərə istiqamətlənmiş kütləvi həbslər digər tərəfdən Cənubi Azərbaycanda gələcəkdə baş verəcək Milli Azadlıq Hərəkatının qarşısının alınması üçün xəbərdarlıq siqnalıdır. Proseslərin Suriyada davam edən vətəndaş müharibəsilə bağlılığı da var. Beynəlxalq ictimaiyyət tərəfindən Suriyada baş verən qanlı qarşıdurmalara səthi və qapalı münasibətlərin bildirilməsi də İranda insanların kütləvi şəkildə həbs edilməsinə rəvac verir. Qanlı diktator Bəşər Əsədi dəstəkləyən İranın bundan başqa addım atması təəccüblü olardı. Urmiya gölünün qurudulmasının İranın nüvə proqramı ilə də birbaşa əlaqəsi var. Göl dibində müxtəlif təbii və nüvə silahının əldə edilməsi üçün elementlərin olması mümkündür. Azərbaycan tarixinin əhəmiyyətli hissəini özündə birləşdirən Urmiya gölünün qurudulmasının İran siyasətinin hansı istiqamətdə cərəyan etməsini əyani isbatıdır". ("OLAYLAR" İA)