İran “Traktor”-un oyunlarından narahat olmağa başlayıb

GAMOH-dan "OLAYLAR"-a verilən məlumata görə, Asiya çempionatında Güney Azərbaycanın "Traktor" komandası ilə "Əl-İttihad" klubu arasında keçiriləcək oyunda azarkeşlərə 70 000 İran bayrağı paylanılacaq. Bayraqların İranın hakimiyyət qurumları tərəfindən paylanacağı bildirilir. Keçən ilə "Traktor"-un keçirdiyi oyunlarda "Azərbaycan İran deyil" plakatları rejim tərəfindən ciddi narahatlıqla qarşılanıb. Hakimiyyət işini təminata almaq üçün bu cür addım atmaq niyyətindədir. GAMOH-dan bildirilir ki, azarkeşlərə paylanılması üçün Azərbaycanın öz bayrağı var. "Traktor" azarkeşləri stadiona Güney Azərbaycanın mübarizə və Azərbaycan Respublikasının bayrağı ilə çıxacaqlar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31