Urmiyada İran hakimiyyətinə qarşı etiraz aksiyası başlayıb

Beynəlxalq ana dili günü münasibətilə Güney Azərbaycanın Urmiya şəhərində İran hakimiyyətinə maraqlı etiraz aksiyası keçirilib. Belə ki, şəhərdəki ev və məktəblərin divarlarına "Ana dilində təhsil almaq istəyirəm!" plakatları yapışdırılıb. Qeyd edək ki, "Beynəlxalq ana dili günü" məsələsinə görə Güney Azərbaycanda kütləvi həbslərə başlanılıb. ETTELAAT tərəfindən bu günədək 200-ə qədər milli fəal saxlanılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31