ETTELAAT-ın saxladığı milli fəaldan xəbər yoxdur - FOTO

Güneyli milli fəal Səccad Əfruziyan Marağa həbsxanasından ETTELAAT-ın naməlum həbsxanasına köçürülüb. Köçürülməyə qədər S.Əfruziyandan heç bir məlumat olmayıb. Milli fəalın ailəsi məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət etsə də heç bir məlumat əldə edə bilməyib. Səccad "Beynəlxalq ana dili günü" münasibətilə keçirilən tədbirdə iştirak etdiyi üçün həbs edilib. "50000000"-nun verdiyi məlumata görə, ETTELAAT milli fəalı yaşadığı evdə saxlayıb və naməlum istiqamətə aparıb. Təhlükəsizlik əməkdaşları onun şəxsi əşyalarını da müsadirə edərək götürüblər. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31