Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər

Urmiya gölünü ziyarət edən turistlər isə gördükləri mənzərə qarşısında şoka düşüblər

İranın Qərbi Azəerbaycan əyalətindəki Urmiya gölü üzərindəki təhlükə böyüyüb. ANS PRESS-in xəbərinə görə, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya son 10 ildə 80 % kiçilib. Quraqlıq nəticəsində buxarlaşan göl təxminən 1 000 kv/km qalıb.Mütəxəssislər Urmiya gölünün qlobal istiləşmənin son qurbanlarından biri olduğunu deyib və vurğulayıblar ki, tədbir görülməsə Urmiya gölü 2 ilə yox olacaq.Urmiya gölünü ziyarət edən turistlər isə gördükləri mənzərə qarşısında şoka düşüblər."Gölü bu vəziyyətdə görmək bizdə təəccüb və təəssüf hissi yaratdı. Bir neçə il əvvəl burada idik və göl bu vəziyyətydə deyildi. Bu gün böyük xəyal qırıqlığı yaşadım" - deyə turistlərdən biri qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31