Azərbaycanlı fəala 1 il həbs cəzası verilib

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Əli Cəmşidi 1 il müddətinə azadlıqdan məhrum edilib.  "Media forum" saytı "Oyannews.com"un farsdilli versiyasına istinadla xəbər verir ki, Təbriz məhkəməsi azərbaycanlı fəalı sistemə qarşı təbliğat aparmaqda və ölkənin dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə təqsirli bilib.

Əli Cəmşidinin haçan tutulduğu haqda məlumat yayılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31