İranda total həbslər
Güneyli fəallar tutuqlandı
21 Fevral 2014 13:37 Güneyİranda azərbaycanlı siyasi fəallara qarşı təzyiqlər görünməmiş həddə çatıb. Fevralın 20-də Güney Azərbaycanın müxtəlif şəhərlərində milli və siyasi fəallar İran təhlükəsizlik organları tərəfindən ağır təziqlərə məruz qalıblar. Türkiyədə yaşayan güneyli siyasi fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, ETTELAAT Təbrizin 100 kilometirlik məsafəsində və quzey bölgəsində yerləşən Əhər şəhərində mill fəal Əkbər Əbulzadənin atasının evində beynəlxalq ana dili günü ilə bağlı təşkil olunan toplantıya basqın edərək 100 nəfərə yaxın toplantı iştirakçısı olan milli fəalı zorla həbs ediblər. Həbs olunanlardan 50 nəfərdən çoxunun kimliyi bəlli olub. Məmurlar hücum zamanı milli fəalların bir çoxunu ağır vəziyyətdə döyüb və sonra ayaqlarını və əllərini qandallayaraq naməlum yerdə həbs ediblər. Tutulan milli fəalların adları sırasında tanınmış milli fəalların, o cümlədən Abbas Lisani və İbrahim Rəşidi də var. Bundan əlavə ETTELAAT məmurları Məlikan və Binab şəhərində 3 milli fəalı həbs ediblər. Səccad Əfruzan və Kərim Fəyyazi Məlikanda və Bəhmən Xaliqi Binab şəhərlərində tutulduqdan sonra naməlum istiqamətə aparılıblar. ETTELAAT yetkililəri sonra Səccad Əfruzanın atasının evinə gedib axtarış aparıblar və milli fəalın şəxsi əşyalarını zəbt etdikdən sonra özləri ilə aparıblar. Son məlumatlara görə Təbrizdə milli fəal Əsgər Fuladzadə və Sulduz şəhərində milli fəal İskəndər Mirzayi ETTELAAT yetkililəri tərəfindən tutulub. Hakimiyyət 21 fevral beynəlxalq ana dili günü ərəfəsində Azərbaycan millətinin üsyanından qorxaraq, milli fəalların toplu şəkildə həbs edilməsinə cəhd edib. Bu arada Əhərdə tutulan 59 fəalın kimliyi bəlli olub. Həbs edilənlər bunlardır:
Vəhid Kiyasər Faezpur, Meysəm Azadi, Ruzbeh Səadəti, Fərdin Muradpur, Əsgər Əkbərzadə, Rəhim Qulami, Vəhid Nəriman, Məhəmməd Rəhmanifər, Adel Mərəndi, Məhərrəm Xruşa, Cəfər Rüstəmi, Miryasin Hüseyni, Musa Çöloğlu, Səccad Colani, Meysəm Colani, Vəhid Zarei, İbrahim Rəşidi, Abbas Lesani, İsrafil Fətullahzadə, Əkbər Əbulzadə, Hüseyin Balaxani, Əlirza Bidar, Şapur Nüsrətpur, Əsgər Nadiri, Abbas Balaxani, Mehdi Zəncirbulaği, Beytullah Bərzgər, Hamed Sadeqi, Nima Əbbaspur, Səccad Xəlilnəjad, Məhəmməd Axundi, Siyamək Mərdani, Murtəza Qudrəti, Əfşin Məhəmmədi, Səccad Xoşqədəm, Babək Əlizadə, Əhəd Hüseyinzadə, Səid Məsumniya, Aydın Nişati, Tohid Rizayi, Əli Feyzpur, Calal Drugəri, Rəhman Kəleybəri, Səid Məhəmmədi Xəzər, Arəş Cəfəri, İbrahim Nuri, Səid Ənvərizadə, Vəhid Yusifiyan, Abbas Sobhmolayi, Özgür Benayi, Məcid Nəqizadə, Seyfəddin Musəvi, Rza Həsənzadə, Abbas Nəzəri, Mahmud Məhmudi, Hüseyin Məhmudi, Saleh Molla Əbbasi, Vəhid Yusifiyan, Behzad Əbdi.