Milli fəal Ərdəbil həbsxanasına köçürülüb

Azərbaycanlı milli-mədəni fəal Ə.Xeyurcu Ərdəbil mərkəzi həbsxanasına köçürülüb. GAMOH-dan "OLALAR"-a verilən məlumata görə, milli-mədəni fəal Ərdəbil ostanının Apelyasiya məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Ə.Xeyrcu 2013-cü ildə Urmiya gölü ilə bağlı keçirilən kütləvi etiraz aksiyası vaxtı həbs olunub. Milli fəal bundan əvvəl də dəfələrlə həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb. Ə.Xeyurcu Ərdəbil Universitetinin Fizika fakültəsinin tələbəsi olub, lakin onun təhsil alması qadağan edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31