Güneyli milli fəala hökm oxunub
20 Fevral 2014 17:08 GüneyAzərbaycanlı milli-mədəni fəal Mənsur Seyfi Meşginşəhər İnqilab məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub. GAMOH-dan "Olaylar"-a verilən məlumata görə, hakim Fərəczadə M.Seyfini hakimiyyət əleyhinə təbliğat və ümumi asayişi pozmaqda ittiham edib. Milli fəalın həbs olunması keçən il keçirilmiş Savalan mərasimi ilə bağlı olub. O, 2013-cü il avqustun 22-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 5 gün həbsdən sonra 14 milyon tümən mülki vəsiqə qarşılığında Ərdəbil ETTELAAT-ın təcridxanasından sərbəst buraxılıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31