İranda uşaq əməyinin istismarı ilə bağlı şok faktlar!
“Qul uşaqların sayını artırmaq üçün onlar 12-13 yaşlarında bir- biri ilə cinsi əlaqəyə məcbur edilirlər”
20 Fevral 2014 13:35 GüneyÖzünü insan hüquqlarının hamisi elan etmiş İran İslam Respublikasında uşaq əməyi istismar edilir. Kanadada yaşayan güneyli mühacir, Güney Azərbaycan İnsan Haqqları Mərkəzinin başqanı Hüseyn Türkelli bildirir ki, Qərb mətbuatında bununla əlaqədar molla rejimini ifşa edən yazılar dərc olunur. Hüseyn Türkelli: "Almaniyanın səsi" radiosu xəbər verir ki, uşaqların kütləvi alveri əsasən Tehranın Qaz Darvazasındakı qul bazarında tam açıq şəkildə həyata keçirilir. Qaz Darvazası Tehranın Şuş Metro Dayanacağının yaxınlığında yerləşir. Bu uşaqlar kütləvi daxmalarda saxlanılırlar. İşverənlər gəlirlər, azyaşlı qul uşaqların "sahiblərinə" kirayə haqqı ödəyir, onları özləri ilə aparırlar. Azyaşlı uşaqlar ən yaxşı halda ağır işlərdə işlədilir və ya diləndirilirlər". Hüseyn Türkelli deyir ki, işləri qurtardıqdan sonra iş sahibləri qul uşaqları "sahiblərinə" qaytarırlar. "Qul"ların qiyməti də fəqrlidir. Ən ucuz uşağın qiyməti 30, ən bahalısı isə 200 ABŞ dollarıdır. Qul alverçilərinin qulları çoxaltma metodları da orijinaldır: "Qul uşaqların sayını artırmaq üçün bu uşaqlar 12-13 yaşlarında bir- biri ilə cinsi əlaqəyə məcbur edilirlər". Bu uşaqları öz "sahiblərinə" bağlayan çox möhkəm bağ isə narkotikadır. Beləki uşaqlar narkotikaya öyrəşdirilir, sahiblərindən asılı hala düşürlər. Bütün bunları Tehran bələdiyyəsinin rəsmiləri də təsdiqləyir. İranda qeyri-rəsmi məlumatlara görə, bu cür həyat tərzi keçirən 7 milyon uşaq var. İran İslam Məclisinin "Parlament" Araşdırma Mərkəzi isə onların ümumi sayının 3.7 milyon olduğunu bildirib.